Biz Yango və Uber-in Azərbaycanda rəsmi tərəfdaşıyıq.
Bu gün müraciət et, Sabah Başla
Minimum sənədləşmə, sürətli aktivasiya və ilk gündən etibarən stabil sifarişlər. Vaxt itirmədən peşəkar komandamıza qoşulun.
Xidmətlər
Bizim platformamız hər bir əməkdaşlıq formatına uyğun alətlər və dəstək təqdim edir.
GRAND PARTNER.
Biz Yango və Uber-in Azərbaycandakı rəsmi tərəfdaşıyıq. Əsas məqsədimiz həm fərdi sürücülər, həm də öz avtoparkını yaratmaq istəyən sahibkarlar üçün ən şəffaf, rahat və gəlirli iş mühitini təmin etməkdir. Biz sadəcə sizi sistemə qoşmuruq, həm də yüksək qazanc əldə etməyiniz və fəaliyyətinizi asanlıqla idarə etməyiniz üçün hərtərəfli dəstək göstəririk. Peşəkar komandamızla uğur hekayənizin bir parçası olmağa hazırıq.
Niyə Məhz Biz?
Sürücülərimizi düşünərək yaratdığımız şəffaf
və dəstəkləyici iş mühitinin əsas üstünlüklərini kəşf edin
GRAND PARTNER
Avtoparkınızı Bizimlə Böyüdün
Biz avtopark sahiblərinə sadəcə sürücü axını deyil, həm də bizneslərini asanlıqla idarə etmək üçün tam texnoloji və administrativ dəstək təklif edirik. Parkınızın hər bir avtomobilinin səmərəliliyini artırın və gəlirlərinizi şəffaf sistemimizlə izləyin.
Tez-tez verilən suallar.
Sizi maraqlandıran suallar var?
Sürücü və partnyorlarımızı ən çox maraqlandıran məsələləri bir araya topladıq.
Sürücülər üçün
1. Sertifikat olmadan işləmək olar?
İstər öz istərsə bizim avtomobil ilə işləmək üçün mütləq şəkildə sertifikat olmalıdır
2. Avtomobilimin buraxılış kartı yoxdur, sizin parka qoşula bilərəm?
Avtomobilin buraxılış kartı olmadan taksi fəaliyyəti göstərə bilmərsiniz
3. Buraxılış kartının alınmasında dəstək göstərirsiniz?
Əgər lazım olan sənədlər qaydasındadırsa, o zaman buraxılış vəsiqəsi və buraxılış kartının alınmasında köməklik göstərə bilərik (burada ödəniş deyil xidmət dəstəyi nəzərdə tutulur)
4. Komissya neçə faiz təşkil edir?
Komissiya 20 fazi təşkil edir
5. Balansda toplanan nağdsız gedişlərin məbləğini karta köçürmək olur?
Bəli, 7/24 istədiyiniz zaman balansda toplanan məbləği parkımıza məxsus ParkPay tətbiqi ilə kartınıza köçürə bilərsiniz.
6. Grand Parkdan avtomobil əldə edib sürücü kimi işləyə bilərəm?
Bəli, yeni və kasko sığortalı avtomobillər ilə sizi təmin edə bilərik
7. Sürücü kimi işləmək üçün hansı sənədlər tələb olunur?
Sürücü kimi işləmək üçün sürücülük vəsiqəsi, sertifikat və narkoloji test tələb olunur.
8. Həftəlik bonuslar mövcuddur?
Bəli, həftəlik bonuslar mövcuddur.
9. Öz avtomobilim ilə sizin parka qoşulsam sərbəst işləyə bilərəm?
Bəli, şəxsi avtomobiliniz ilə sərbəst qrafik ilə çalışa bilərsiniz
10. Sifariş gəldikdə müştərinin gediləcək ünvanı qabaqcadan görünür?
Bəli görünür
Sahibkarlar üçün
1. Fleet əldə etmək üçün neçə avtomobil olmalıdır?
Fleet əldə etmək üçün minimum 3 avtomobiliniz olmalıdır
2. Sahibkar kimi fəaliyyət göstərmək üçün hansı sənədlər olmalıdır?
Sahibkar kimi fəaliyyət göstərmək üçün sahibkara məxsus VÖEN, asan imza, post-terminal (mobil versiya), AYNA-dan tibbi – texniki müqavilələr və avtomobillərin buraxılış kartı olmalıdır
3. Avtomobillərim var lakin heç bir sənədlər mövcud deyil. Sənədlərin alınmasında dəstək göstərirsiniz?
Bəli, sənədlərin alınmasında sizə xidmət dəstəyi göstərə bilərik
4. Fleet açıldıqda komissiya neçə faiz təşkil edir?
Fleet açıldıqda komissiya 20 faiz təşkil edir
5. Sahibkar olaraq avtomobillərimi Grand Parka nəzarətə verə bilərəm?
Bəli, avtomobillərini bizim komandaya nəzarətə verə bilərsiniz. Bu halda sizdən müəyyən məbləğdə xidmət haqqı tutulur və lazım olan xidmətlər ilə sizi təmin edirik
6. Avtomobillərimi icarəyə verə bilərəm?
Bəli verə bilərsiniz. Nəzərinizə çatdıraq ki, icarəyə yalnız BYD avtomobilləri götürülür

Park Pay
ParkPay – Grand Park sürücüləri üçün xüsusi yaradılmış proqramıdr. Bu proqram vasitəsilə sürücülər balanslarında toplanan məbləği istədikləri vaxt dərhal kartlarına köçürmə edə bilərlər. ParkPay sürətli, etibarlı və şəffaf ödəniş imkanı təqdim edir
Bloq.
Niyə Bəzi Taksi Sürücüləri Daha Çox Qazanır? – Eyni Şəhər, Eyni Platforma, Fərqli Nəticə
2025-ci ildə taksi bazarında maraqlı bir reallıq var:Eyni şəhərdə, eyni platformada işləyən iki sürücü arasında qazanc fərqi bəzən…
2025-də Taksi Parkı Necə Seçilməlidir? – Sürücülər Üçün Yoxlama Siyahısı
Taksi parkı seçimi 2025-ci ildə sürücünün qazancına və uzunmüddətli planlarına birbaşa təsir edir. Yanlış park seçimi düzgün sürücünü…
Taksi Buraxılış Kartı Alınmazsa Nə Baş Verir? – Risklər və Cərimələr
2025-ci ildə taksi fəaliyyəti üçün buraxılış kartı artıq formal sənəd yox, əsas şərtdir. Buna baxmayaraq, bəzi sürücülər bu…







