Sual-Cavab.
Tez-tez verilən suallar.
Sizi maraqlandıran suallar var?
Sürücü və partnyorlarımızı ən çox maraqlandıran məsələləri bir araya topladıq.
1. Sertifikat olmadan işləmək olar?
İstər öz istərsə bizim avtomobil ilə işləmək üçün mütləq şəkildə sertifikat olmalıdır
2. Avtomobilimin buraxılış kartı yoxdur, sizin parka qoşula bilərəm?
Avtomobilin buraxılış kartı olmadan taksi fəaliyyəti göstərə bilmərsiniz
3. Buraxılış kartının alınmasında dəstək göstərirsiniz?
Əgər lazım olan sənədlər qaydasındadırsa, o zaman buraxılış vəsiqəsi və buraxılış kartının alınmasında köməklik göstərə bilərik (burada ödəniş deyil xidmət dəstəyi nəzərdə tutulur)
4. Komissya neçə faiz təşkil edir?
Komissiya 20 fazi təşkil edir
5. Balansda toplanan nağdsız gedişlərin məbləğini karta köçürmək olur?
Bəli, 7/24 istədiyiniz zaman balansda toplanan məbləği parkımıza məxsus ParkPay tətbiqi ilə kartınıza köçürə bilərsiniz. Köçürmə zamanı 2 faiz komissiya tutulur
6. Grand Parkdan avtomobil əldə edib sürücü kimi işləyə bilərəm?
Bəli, yeni və kasko sığortalı avtomobillər ilə sizi təmin edə bilərik
7. Sürücü kimi işləmək üçün hansı sənədlər tələb olunur?
Sürücü kimi işləmək üçün sürücülük vəsiqəsi, sertifikat və narkoloji test tələb olunur.
8. Həftəlik bonuslar mövcuddur?
Bəli, həftəlik bonuslar mövcuddur.
9. Öz avtomobilim ilə sizin parka qoşulsam sərbəst işləyə bilərəm?
Bəli, şəxsi avtomobiliniz ilə sərbəst qrafik ilə çalışa bilərsiniz
10. Sifariş gəldikdə müştərinin gediləcək ünvanı qabaqcadan görünür?
Bəli görünür
1. Fleet əldə etmək üçün neçə avtomobil olmalıdır?
Fleet əldə etmək üçün minimum 3 avtomobiliniz olmalıdır
2. Sahibkar kimi fəaliyyət göstərmək üçün hansı sənədlər olmalıdır?
Sahibkar kimi fəaliyyət göstərmək üçün sahibkara məxsus VÖEN, asan imza, post-terminal (mobil versiya), AYNA-dan tibbi – texniki müqavilələr və avtomobillərin buraxılış kartı olmalıdır
3. Avtomobillərim var lakin heç bir sənədlər mövcud deyil. Sənədlərin alınmasında dəstək göstərirsiniz?
Bəli, sənədlərin alınmasında sizə xidmət dəstəyi göstərə bilərik
4. Fleet açıldıqda komissiya neçə faiz təşkil edir?
Fleet açıldıqda komissiya 20 faiz təşkil edir
5. Sahibkar olaraq avtomobillərimi Grand Parka nəzarətə verə bilərəm?
Bəli, avtomobillərini bizim komandaya nəzarətə verə bilərsiniz. Bu halda sizdən müəyyən məbləğdə xidmət haqqı tutulur və lazım olan xidmətlər ilə sizi təmin edirik
6. Avtomobillərimi icarəyə verə bilərəm?
Bəli verə bilərsiniz. Nəzərinizə çatdıraq ki, icarəyə yalnız BYD avtomobilləri götürülür


